Serbiya Futbol İttifaqı millinin çalışdırıcısı Slavolyub Muslini istefaya göndərib.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Muslinin funksiyasını yığmaya rəhbərlik etdiyi vaxtda məşqçilər korpusunda yer alan Mladen Krstaiç yerinə yetirəcək. Serbiyanı DÇ-2018-in final mərhələsinə daşıyan 64 yaşlı çalışdırıcının postundan getməsinin səbəbi açıqlanmır.
Fanat.Az