Serxio Aquero "Mançester Siti”nin tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, dünən Çempionlar Liqasında səfərdə "Napoli” üzərində qazanılan 4:2 hesablı qələbəyə 69-cu dəqiqədə vurduğu qolla yardımçı olan ulduz hücumçu rekord müəyyənləşdirib.
O, mançesterlilərin formasıyla 178-ci qolunu vuraraq Erik Brukun (177 qol) rekordunu yeniləyib. Klub tarixinin ən sərrast oyunçusuna çevrilən argentinalı matçın ardından "BT Sport”a təəssüratlarını bölüşüb: "Napoli” güclü komandadı. Səfərdə oynamaq isə həmişə çətindi. Klub tarixinin ən yaxşı bombardiri adını qazandığım üçün xoşbəxtəm. Buna komanda yoldaşlarımın köməyi sayəsində nail oldum. Ən əsası isə bu qələbə sayəsində növbəti mərhələyə vəsiqə qazanmağımızdı”.
Fanat.Az