"Qalatasaray" Arda Turanı heyətinə qatmaq üçün yenidən fəaliyyətə başlayıb. Fanat.Az xəbər verir ki, İstanbul klubu artıq "Barselona"lı futbolçu ilə danışıqlar masasına əyləşib.
"Qalatasaray" yayda da Ardanı heyətinə qatmaq istəyirdi. Amma həmin vaxt futbolçu "Azarkeşlər məni istəmir" deyərək imtimna etmişdi. Bu günlərdə baş tutan görüşdə Arda "Qalatasaray"a dönməyə razılıq verib.
İndi "Qalatasaray"ın prezidenti Dursun Özbək "Barselona" rəhbərliyi ilə danışıqlara başlamağa hazırlaşır. "Cim-Bom" Ardanı mövsümün sonunadək icarəyə götürmək, yayda isə transfer hüququnu almaq niyyətindədi.
Fanat.Az