04:08 04.11.2017 2117

"Qurban Qurbanova badalaq vurmağa çalışan çox olacaq"

"Qurban Qurbanov haqq etdiyi postdadı. Ona hamılıqla dəstək vermək mənəvi borcumuzdu. Çünki milli hamımızındı. Təyinata gəlincə, bu, millinin inkişafına cavabdeh olanlar tərəfindən atılmış məcburi addımdı. Onu təbrik edir, bu çətin və məsuliyyətli işdə uğurlar diləyirəm. Milli yerli mütəxəssisə indi yox, 10 il əvvəldən tapşırılmalıydı. Bu təyinat həm də foqtsların, prosineçkilərin yolunda havaya sovrulan milyonların, yanlış siyasətin, itirilmiş illərin etirafı deməkdi. Müşahidə Şuraları yaratmaq əvəzinə vaxtında səhv etdiklərini anlasaydılar, Azərbaycan yığmasına yaxşı qazanc gözüylə baxan əcnəbiləri başa keçirməsəydilər, milli səviyyəsində də uğurlarımız olardı”.

 

Bu sözləri Fanat.Az-a açıqlamasında beynəlxalq dərəcəli hakim Tahir Süleymanov deyib. "Neftçi”nin sabiq vitse-prezidenti yarıtmaz idarəçilik fonunda klub futbolunun irəliləməyi bacardığını vurğulayıb: "Dövlətin qayğısına baxmayaraq bütün yaş qrupları üzrə yığmalar ciddi nəticə göstərməyib. Klub futbolunda isə irəliləyiş sezilib."Neftçi"ylə başlayan qrup iddiasını davam etdirən "Qarabağ", "Qəbələ" Avroliqanın Azərbaycan təmsilçiləri üçün əlçatmaz olmadığını isbatlayıb. Bu gün "Qarabağ" Çempionlar Liqasında "Atletiko"yla "Roma”yla başabaş mübarizə aparır. Çempionlar Liqsında 2 dəfə final oynayan İspaniya təmsilçisindən evdə və səfərdə xallar alır".

 

Tahir bəy Qurbanovun "iki cəbhədə külüng çalmasının” - "Qarabağ"la yanaşı millini çalışdırmasının yarada biləcəyi çətinliklərdən danışıb: "Dünya praktikasında iki vəzifəni yerinə yetirən baş məşqçilərin çətinliyi həmişə olub və bu qaçılmazdı. Mənfi, müsbət tərəfləri olacaq. Qurban Qurbanov hər tur tribunadan yox, texniki zonadan futbolçuları izləyəcək. Çempionat son illər çox zəifləyib. Onlarla klub dağılıb, rəqabət azalıb. Belə durumda bütün iddialı futbolçular "Qarabağ"a, millinin baş məşqçisinin yanına can atacaq. Bu amil "Qarabağ"ın daxili çempionatda iddiasını artıra bilər. Digər tərəfdən "Qarabağ"a qarşı rəqib yerli futbolçular böyük motivasiya ilə oynayacaq, özlərini yaxşı tərəfdən göstərməyə çalışacaq. Ağdam təmsilçisi millinin baza komandası olacaq. Deməli, "Qarabağ”dakı yığmaya namizəd futbolçuların oyun praktikası sarıdan əziyyət çəkməməsi də təmin edilməlidi. Yerlilərin oynamamasının məsuliyyətini Qurbanov daşıyacaq. Bunun fəsadları həm milli, həm də klub üçün mənfi ola bilər. Legionerlərsiz "Qarabağ"ın Avropada uğur qazanması çətinləşər. Yəni təzadlı məqamlar da onlarladı. İndiki durumda ən vacib məsələ əsas millini və bütün yaş qrupları üzrə yığmaları əhatə edən əhatə edən sistemin yaradılmasıdı”.

 

O, mütəxəssisi gözləyən təhlükələri də xatrladıb: "Qurbanova badalaq vurmağa çalışan çox olacaq. Kimlərsə işlərinə müxtəlif yollarla müdaxilə etmək istəyəcək. İllərdi möhkəmlənmiş, necə deyərlər, kök atmış klan qazanc mənbəyindən məhrum olmamaq üçün dəridən-qabıqdan çıxacaq, hər variant əl atacaq. Məlum məsələdi ki, bizim federasiyada "menecer" qrupu var. Məqsədləri də ölkə futboluna xidmət göstərmək deyil, ciblərini doldurmaqdı. Belələrinə futbolun gələcəyi, bölgələrdə "paslanan” istedadlar maraqlı ola bilməz. Qurbanov lazımsız adamların "təmizlənməsinin” vacibliyini də nəzərə almalıdı”.

 

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

11 phrase_var_core.may 2025
09:53

MPL: "Kəpəz" "Sumqayıt"a,çempion "Araz-Naxçıvan"a qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

02:24

Liqa 1: PSJ 3 xalı 4 qolla qazandı

02:09

İtaliya A Seriyası: "Yuventus" son dəqiqə qolu ilə yıxıldı

01:50

İspaniya La Liqası: "Atletiko" qələbəni darmadağınla qazandı

00:53

Türkiyə Super Liqası: "Qalatasaray" Trabzon səfərindən 3 xalla ayrıldı

00:31

Almaniya Bundesliqası: "Bayern Münhen"dən inamlı qələbə

10 phrase_var_core.may 2025
23:56

İPL: “Mançester Siti” "Sauthempton"la bacarmadı

23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

21:45

"İmişli" klubu bəyanat yaydı

21:23

MPL: "Zirə" də səfərdə sevindi, "Neftçi" də

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

09 phrase_var_core.may 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

phrase_var_core.fb
X