20:10 04.11.2017 1417

Samir Əliyev: "Qəbələ"dən daha çox qol gözləyirdim"

"Hər oyun bizim üçün bir təcrübədir. Çoxdandır səfər oyunu keçirmirdik. Düzdür, 3 qol buraxdıq. "Qəbələ"dən daha çox qol gözləyirdim. Rəqib qapımıza 4 ya 5 zərbə endirdi ki, onun da 3-dən istifadə etdi".

Bunu Topaz Premyer Liqasının XI turunda səfərdə "Qəbələ"yə 1:3 hesabı ilə uduzan "Səbail"in baş məşqçisi Samir Əliyev oyunsonrası mətbuat konfransında deyib. Gənc mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Nurlan Novruzov əvəzlənən epizodda ona sərt etiraz etdiniz. Bu, nə ilə bağlı idi?
- Nurlan hələ ki, istədiyimizi vermir. Onun oyunundan narazı qaldım.

- "Qəbələ" boşluqlara yol versə də, bundan istifadə edə bilmədiniz...
- Bəli, rəqibin boşluqları çox oldu. Ancaq istifadə edə bilmədik.

- Son oyunlarda Amit Quluzadə yaxşı oyun sərgiləsə də, bu gün meydanda yox idi. Səbəb nə idi?
- Amit zədəlidir. "Qarabağ"la oyunda zədələnib. Buna görə, bu gün meydana çıxa bilmədi.

- "Səbail" əvvəlki oyunlarda daha sürətli görünürdü...
- Çalışırıq ki, sürətli oyun keçirək. Ancaq "Qəbələ" kimi komandalarla oyunda bu, elə də alınmır. Məncə, bu cür rəqibə qarşı oyunumuz normal idi. Komandamın oyunundan razı qaldım.

- Murad Ağayev mərkəzdə çox top itirirdi...
- Əsas o idi ki, ötürməni dəqiq verəsən. Bilirdik ki, standart vəziyyətlərdə problemimiz olacaq. Rəqibin oyunçuları bizdən ucaboyludur.

- Bu gün "Qəbələ" güclü oynadı, yoxsa siz?
- Rəqibin daha çox hücumunu gözləyirdik. Fikrimcə, biz daha yaxşı təsir bağışladıq. Qapımız qarşısında çox təhlükəli vəziyyətlər yaratmadılar. Sadəcə, ustalıq öz sözünü dedi.

- Qışda dəyişiklik gözlənilir?
- Bizim müəyyən büdcəmiz var. Çalışırıq, ona uyğun oyunçular cəlb edək. Heyətimizdə gənclər çoxdur. Azərbaycan futboluna yeni futbolçular qazandırmaq niyyətindəyik.

- Komandada gənc deyəndə kimləri nəzərdə tutursunuz?
- Vüqar Nadirov və Popoviçini çıxsaq, komanda çempionatda ən gəncdir. Bizim komandamız ancaq Bakıda çıxış edib. Belə oyunlar çox keçirməliyik ki, təcrübə toplayaq.("Report")

Fanat.Az 

Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

11 phrase_var_core.may 2025
09:53

MPL: "Kəpəz" "Sumqayıt"a,çempion "Araz-Naxçıvan"a qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

02:24

Liqa 1: PSJ 3 xalı 4 qolla qazandı

02:09

İtaliya A Seriyası: "Yuventus" son dəqiqə qolu ilə yıxıldı

01:50

İspaniya La Liqası: "Atletiko" qələbəni darmadağınla qazandı

00:53

Türkiyə Super Liqası: "Qalatasaray" Trabzon səfərindən 3 xalla ayrıldı

00:31

Almaniya Bundesliqası: "Bayern Münhen"dən inamlı qələbə

10 phrase_var_core.may 2025
23:56

İPL: “Mançester Siti” "Sauthempton"la bacarmadı

23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

21:45

"İmişli" klubu bəyanat yaydı

21:23

MPL: "Zirə" də səfərdə sevindi, "Neftçi" də

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

09 phrase_var_core.may 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

phrase_var_core.fb
X