Ukrayna Premyer Liqasında 15-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin komandası "Aleksandriya” "Çernomorets”i qəbul edib. 0:0 hesablı heç-heçə ilə başa çatan görüşdə Paşayev 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, 12 xalı olan "Aleksandriya” turnir cədvəlində "Çernomorets”lə 10-11-ci yerləri bölüşür.
Fanat.Az