"Çelsi"nin sabihi Roman Abramoviç iki dəfə komandasında baş məşqçi olmuş Joze Mourinyonu yeməyə dəvət edib. Fanat.Az xəbər verir ki, bu təklifin bu gün keçiriləcək "Çelsi" - "Mançester Yunayted" oyunundan əvvəl edilməsi bəzi sualların ortaya çıxmasına səbəb olub.
Məlum olduğu kimi, son dövrlər "Çelsi"nin baş məşqçisi Antonio Konte ilə Joze Mourinyo arasında söz atışması gedirdi. Onun bu məqamda klub rəhbərindən yemək dəvəti alması müzakirələrə səbəb olub. Portuqaliyalı mütəxəssisin dəvəti qəbul edib-etmədiyi bəlli deyil.
Qeyd edək ki, Mourinyo "Çelsi" tarixinin ən uğurlu baş məşçisi hesab olunur. O, komandanı 3 dəfə Premyer Liqanın, 3 dəfə Liqa Kubokunun və 2 dəfə Federasiya Kubokunun qalibi edib.
Fanat.Az