"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Kəpəz"lə oyunun start heyətində yeni futbolçuya şans verib. Fanat.Az xəbər verir ki, baş məşqçi saat 15.00-da başlayacaq qarşılaşmanın ilk "11-liy"inə İbrahim Aslanlının adını daxil edib.
1996-cı il təvəllüdlü İbrahim "Qarabağ"ın əvəzedici komandasının üzvüdü və Premer Liqada ilk dəfə meydana çıxacaq. Sol cinah müdafiəçisi mövqeyində oynayan futbolçu 16 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, İbrahim Aslanlı 2014/15 mövsümündə "Qəbələ"nin formasını geyinib və "Neftçi" ilə oyunun "18-liy"inə düşsə də, meydana çıxmayıb. Sonradan "Qarabağ"a keçən gənc futbolçuya Qurban Qurbanov ötən mövsüm "Sumqayıt"la kubok oyununda 13 dəqiqə oynamaq şansı verib. Baş məşqçi cari mövsümün "Sumqayıt" və "Qəbələ" ilə oyunlarında onun adını matçın protokoluna salsa da, meydana buxamayıb.
Fanat.Az