Almaniya Gənclər Bundesliqasının Cənub zonasında XI turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, əsas millimizin hücumçusu Renat Dadaşov və U-19 yığmamızın üzvü Murad Mahmudovun çıxış etdiyi "Ayntraxt”ın U-19 komandası da növbəti matçına çıxıb.
Frankfurt təmsilçisi "Ştutqart”lı həmyaşıdlarının qonağı olub. Görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb. Hər iki oyunçumuz start heyətində yer alıb. Renat matçın sonuna kimi meydanda olubsa, Murad 90-cı dəqiqədə əvəzlənib. Fasiləyə qədər 2 top buraxan frankfurtluların heyətində Dadaşov 51-ci dəqiqədə fərqi azaldıb. Budan 15 dəqiqə sonra Beyruter bərabərlik qolunu vurub. Mahmudov isə "sarı" almaqla yadda qalıb.
Qeyd edək ki, digərlərindən bir oyun əskik keçirən və 10 matçda 15 xal toplayan "Ayntraxt” turnir cədvəlinin 7-ci pilləsində mövqe tutub.
Fanat.Az