"Fənərbaxça" baş məşqçi dəyişikliyinə hazırlaşır. Fanat.Az xəbər verir ki, ötən gün "Osmanlıspor"la "sülh" bağlayan komandanın uğurusuz çıxışı rəhbərliyin səbr kasasını daşırıb.
11 turda cəmi 17 xal qazanan komandanın baş məşqçisi Aykut Kocamanın yaxın günlərdə istefa verəcəyi bildirilir. Ötən gün baş tutan oyundan sonra vitse-prezident Ali Yıldırımla görüşən baş məşqçi istefa verəcəyinə işarə vurub.
Artıq yeni baş məşqçinin kimliyi də bəllidi. İddialara görə, "Fənərbaxça" Aykut Kocamanın yerinə "Beşiktaş"ın sabiq baş məşqçisi, hazırda İngiltərənin "Vest Hem" klubunu çalışdıran Slaven Biliçi gətirəcək.
Fanat.Az