"Oyunun gərgin alındığını deyə bilərəm. Bunu gözləyirdik. Çünki "Neftçi” son oyunlarda yaxşı təsir bağışlamışdı". Fanat.Az xəbər verir ki, bu sözləri "Zirə”nin baş məşqçisi Ayxan Abbasov deyib.
Topaz Premyer Liqasının X turunda "Neftçi”ni qəbul edən "qartallar" 1:0 hesablı qələbəyə sevinib. Matçın ardından düzənlənən ənənəvi mətbuat konfransında Abbasov qələbəyə qısa şərh verib və sualları cavablandırıb: "Bu gün uşaqlara taktiki tapşırıqların öhdəsindən gəldilər. Futbolçularıma və azarkeşlərə təşəkkür edirəm".
- Sayılmayan qol zamanı hakimin ofsayd qərarına ona barmağınızı silkəməklə etiraz etdiz...
- Barmaq silkələməmişəm. Əlimi qaldıraraq etiraz etdim. Məncə, orda ofsayd yox idi. Var idisə də, hakim qərarı çox gec vermişdi. Matçdan sonra isə hakimlərə yaxınlaşıb, təşəkkür etdim.
- Deməli, hakimlikdən razı qaldız?
- Kiçik səhvləri olsa da, ciddi narazılığım yoxdu.
- İlk 14-15 dəqiqə ərzində meydanın mərkəzini keçə bilmirdiz. Bu, sizin tapşırığınız idi?
- Mərkəzi keçməsək də, oyuna nəzarət edirdik. "Neftçi”nin matça hücumlarla başlayacağını bilirdik. Buna görə, ilk dəqiqələrdən oyunu əks-hücumlar üzərində qurmuşduq.
Fanat.Az