14:29 07.10.2013 684

AFFA milli üzvlərindən mükafatları geri aldı - ŞOK

Azərbaycan milli komandasının İsraillə səfərdə heç-heçəyə görə futbolçulara böyük məbləğdə mükafat verilməsi ilə bağlı məlumat vermişdik. Həmin xəbərdə bildirilirdi ki, Şimali İrlandiya və Rusiya ilə oyun öncəsi mükafatları paylayan AFFA prezidenti Rövnəq Abdullayev İsraillə oyunda start heyətində meydana çıxan hər bir futbolçuya 40 min, sonradan meydana daxil olanlara isə 30 min dollar verib. Mükafatların Şimali İrlandiya və Rusiya ilə oyunlar öncəsi verilməsi futbolçuların bu qarşılaşmalara ciddi motivasiya edilməsinə hesablanıb.

Lakin həmin hadisə ilə bağlı şok məlumat yayılıb. Belə ki, mükafat futbolçulara paylanandan bir neçə gün sonra AFFA-dan idmançılara zəng edərək bildiriblər ki, onlar aldıqları məbləğin 12 min dollarını geri qaytarmalıdırlar.

Bu faktı futbolçular da təsdiqləyib. Milli komandanın üzvü, “Sumqayıt”ın futbolçusu Ruslan Qurbanov “Futbol+” qəzetinə verdiyi açıqlamada “12 min dolları geri qaytarın” tələbi ilə üzləşdiyini etiraf edib: “Bəli, belə söhbət olub. İsrailllə oyuna görə verilən mükafatı aldım. Ehtiyatda qaldığıma görə mənə 30 min dollar düşdü. Lakin pulu alandan bir neçə gün sonra AFFA-dan zəng edib dedilər ki, aldığın məbləğin 12 minini geri qaytarmalısan”.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu virtualaz.org saytına olayla bağlı bunları deyib: “Bildiyiniz kimi, start heyətində meydana çıxanlara sonradan oyuna qoşulanlara, eləcə də ehtiyatda qalanlara fərqli məbləğdə mükafat verilir. Həmin oyunu əvvəldən axıra kimi ehtiyat oyunçular skamyasında izləyən Emil Balayev, Elhad Nəziri və Ruslan Qurbanova start heyətində meydana çıxanların aldığı pulun 30 faizi verilməli idi. Sadəcə həmin məsələdə texniki səhvə yol verilib. Yəni hesablamada buraxılan mexaniki səhv nəticəsində adıçəkilən şəxslərə artıq pul verilib. Sonradan isə texniki səhv aşkarlanıb və onlardan əlavə pulların geri qaytarılması istənilib. Artıq Balayev bunu edib. Söhbət 23 günlük hesablamada səhvə yol verilməsindən getmir. Hesablamalar bir gün - oktyabrın 1-də aparılıb və texniki səhv baş verib. Qalan futbolçuların mükafatları ilə bağlı heç bir yanlışlıq olmayıb".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

Facebookdan bizi izləməyi unutmayın.
X