"Kəpəz"in baş məşqçisi Şahin Diniyev tutduğu postdan istefa verib. O, bu barədə "Qarabağ"la Premyer Liqanın XI tur oyunundan (0:2) sonra qərar verib.
Diniyev həm uğursuz nəticələr, həm də son vaxtlar klub ətrafında yaranan maliyyə qalmaqallarına görə postundan getməyi məqsədəuyğun sayıb. Təcrübəli mütəxəssis bununla bağlı "Kəpəz" rəhbərliyinə müraciət edib.
Hələlik nə mütəxəssisin özü, nə də klub rəhbərliyi bunu təsdiqləyib. Ancaq hər iki tərəfin istefada istəkli olduğu bəllidi. Şahin Diniyev belə vəziyyətdə komandada qalmaq istəmir. Rəhbərlik isə uğursuz nəticələrdən sonra məhz baş məşqçi ilə yolları ayırmağı lazım bilib.
Məlumata görə, Gəncə klubunun rəhbərliyi Şahin Diniyevin yerinə artıq yeni baş məşqçini də müəyyənləşdirib. Diniyevi bu postda Yunis Hüseynovun əvəzləməsi planlaşdırılır.
Hüseynov məşqçilik karyerası ərzində "Karvan”, "Standard” və "Xəzər Lənkəran” kimi klubları çalışdırıb. 52 yaşlı mütəxəssis hazırda işsizdi.
Mənbə: futbolpress.az