İngiltərənin "Stok Siti" klubunun keçmiş müdafiəçisi Dionatan Teyşeyra dünyasını dəyişib. Fanat.Az xəbər verir ki, 25 yaşlı futbolçu ürək çatışmazlığından ölüb.
Parana ştatında dostları ilə futbol oynayan zaman Teyşeyranın ürəyi tutub və o, dünyasını dəyişib.
Qeyd edək ki, Teyşeyra karyerası ərzində Slovakiyanın "Koşitse", "Slovan" və "Dukla", İngiltərənin "Flitvud Taun" və "Stok Siti" klublarında, eləcə də Braziliya ilə Slovakiyanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış edib. O, ötən mövsümün ikinci yarısını "Şerif"də keçirdikdən və bu klubla "qızıl "dubl" etdikdən sonra Braziliyaya yollanıb.
Fanat.Az