21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində noyabrın 9-da Almaniya, noyabrın 14-də isə Kosovo yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Topaz Premyer Liqasında XI turun "Kəpəz” - "Qarabağ” oyununda zədələnmiş Ramil Şeydayevin Almaniya yığması ilə oyunda meydana çıxa bilməyəcəyi bu gün MRT müayinəsindən sonra müəyyənləşib.
Futbolçunun Kosovo yığması ilə oyunda çıxış edib-etməyəcəyi qarşıdakı günlərdə bəlli olacaq.
Qeyd edək ki, noyabrın 9-da "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Almaniya matçı saat 18:00-da başlanacaq. Görüşü qazaxıstanlı hakimlər idarə edəcək. Baş hakim Daniyar Saxiyə Alibek Aubakirov və Yevgeni Belski yan xətt, Bulat Sariyev dördüncü hakim qismində yardımçı olacaqlar.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol