Topaz Premyer Liqasında mövsümün rekordu qeydə alınıb.
Fanat.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, 11-ci turun Gəncə şəhər stadionunda keçirilən "Kəpəz” – "Qarabağ” görüşü 13 min 300 tamaşaçı toplayıb.
Bu da arxada qalan 11 turun 43 qarşılaşması arasında ən yüksək göstəricidir. Ağdam klubunun 2:0 hesabı ilə qalib gəldiyi matçadək ən çox tamaşaçı toplayan qarşılaşma da Gəncədə keçirilmişdi. "Kəpəz”in "Neftçi” ilə 9-cu turdakı görüşünü 8 min azarkeş izləmişdi.
12 min 550 tamaşaçının seyr etdiyi IX turun rekordu da yenilənib. Bu dəfə turun görüşlərini 17 min 400 tamaşaçı izləyib.
Fanat.Az