Millimizin və "Mlada Boleslav”ın qapıçısı Kamran Ağayev Çexiya çempionatının 13-cü turunda "Ostrava” ilə səfər matçında qırmızı vərəqə alıb.
Kamran intizamsızlığa görə əsas heyətə qayıtmaya bilər. Mövsümün ilk turlarında kobud səhvdən sonra qapısında qol görən qolkiper bir neçə oyun buraxdıqdan sonra komandanın baş məşqçisi Duşan Uhrin tərəfindən yenidən əsas heyətə qaytarılmışdı. Lakin bu dəfə etdiyi lazımsız hərəkət baş məşqçini qəzəbləndirib. "Əlcək sahibi" bu dəfə çalışdırıcının "qara siyahı"sına düşüb. Çexiya mətbuatında yer alan müxtəlif yazılarda baş məşqçinin Kamran Ağayevi əfv etməyəcəyi vurğulanıb.
Qeyd edək ki, "Sotrava" ilə oyunda Ağayev 73-cü dəqiqəsində hakimə yersiz etiraza görə sarı vərəqə ilə cəzalandırılıb. O, bundan iki dəqiqə sonra vaxtı uzatdığı üçün ikinci dəfə xəbərdarlıq alıb və referi tərəfindən meydandan qovulub.
Fanat.Az