"Bavariya”nın forvardı Robert Levandovski fırıldaqçıların tələsinə düşüb.
Fanat.Az Almaniya mətbuatına istinadən xəbər verir ki, polşalı hücumçu göz xərçəngindən əziyyət çəkən uşağın müalicəsi üçün 23,5 min avro pul köçürüb. Müəyyən müddətdən sonra Levandovskinin ödədiyi paraların ünvanına çatmadığı müəyyənləşib.
Belə ki, bir qrup fırıldaqçı internet vasitəsi ilə insanlardan kömək istəyib. Sosial şəbəkələrdə yayılan elanlarda xəstə azyaşlının toplanan paralar hesabına ABŞ-a müalicəyə götürüləcəyi bildirilib. Onlara inananlardan biri də Münhen klubunun hücumçusu olub. Fırıldaqçılar açılmış hesaba köçürülən pulları nağdlaşdıraraq aradan çıxıb.
Fanat.Az