Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Fanat.Az xəbər verir ki, toplantıda Premyer Liqanın XI turunda baş verənlər də müzakirə olunub.
"Kəpəz” – "Qarabağ” matçında meydanı sulamadığına görə Gəncə klubu 800 manat cərimə olunub.
"Zirə” – "Neftçi” oyununda qonaqların azarkeşləri olan sektorda oturacaqlar sındırılıb. Stadiona dəymiş ziyan əsasında "Zirə”nin təqdim edəcəyi hesab "Neftçi” tərəfindən ödənilməlidi.
Fanat.Az