Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fanat.Az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 6-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
"Ağsu” - MOİK matçında MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
"Xəzər” - "Binə” matçında "Xəzər” və "Binə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunub.
"Turan Tovuz” - "Sabah” matçında "Sabah”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
Fanat.Az