"Neftçi”də qış fasiləsində "təmizləmə" aparılacaq. Baş məşqçi Tərlan Əhmədov artıq yola salacağı futbolçuları müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, Pavel Dreksanın bitmək üzrə olan icarə müqaviləsi yenilənməyəcək. Mateo Mujekin yola salınacağı da dəqiqdi. Daha bir legioner Daniel Seqoviyaya özünə yeni komanda tapmaq məsləhət görüləcək. "Neftçi” yerli oyunçulardan Maksim Vaylo və Tərzin Cahangirovu da yola salmağı planlaşdırır.
Əhmədov güvənmədiyi və şans vermədiyi bu 5 oyunçunun əvəzinə, yenilərin axtarışına başlayıb. Azı 3 futbolçu istəyən çalışdırıcı menecerlərdən mərkəz müdafiəçisi tapmağı tələb edir. Ruslan Abışovun zədəyə meylli olması, Rahil Məmmədovun əsas heyətə layiq bilinməməsi üzündən bəzən Rəşad Sadiqovu bu mövqeyə çəkən Əhmədov Kiril Petrovdan da narazıdı. Tez-tez fərdi səhvlərlə diqqət mərkəzinə düşən Kirilə də qapı göstəriləcək.
Fanat.Az