16:31 08.11.2017 1248

"Bunu nəzərə almasaq, "Qarabağ"la başa-baş oynadığımızı söyləyə bilərik"

"Rəqibin gücü hamıya bəllidir, ona görə də matça ciddi önəm verirdik. Oyuna olduqca səylə hazırlaşmışdıq. Qarşılaşmanın ilk 40 dəqiqəsi onlardan geri qalmadığımızı göstərdi”.
 
Fanat.Az xəbər verir ki, bu fikirlər "Kəpəz”in əsas komandasının üzvü Azər Məmmədova məxsusdur. Futbolçu çempionatın XI turu çərçivəsində "Qarabağ”a qarşı keçirilmiş görüş haqda danışarkən kapazpfc.az saytına açıqlamasında belə deyib. Məmmədov sözlərinə daha sonra bu cür davam edib:
 
"Birinci hissənin son 5 dəqiqəsini nəzərə almasaq, rəqiblə başa-baş oynadığımızı söyləyə bilərik. Fasiləyə kimi qısa vaxtda 2 top buraxmağımız komandanı sanki ruhdan saldı. Fikrimcə, uduzsaq da, pis çıxış etmədik. Komandanın oyununda irəliləyiş var, "Qarabağ” ilə görüşdə də bunu gördük. Razıyam ki, bəzən yaxşı oyun nümayiş etdirib nəticə qazanmaq olmur və yaxşı oynamağa görə də xal verilmir. Amma zamanla buna da nail olacağıq. Kollektiv olaraq özümüzə inamımız böyükdür. Oyunumuzu tapmışıqsa, tezliklə uğur da əldə edəcəyik. İnşallah, turnir cədvəlində sonuncu pillədən yaxa qurtaracağıq”.
 
Ağdam klubuna qarşı görüşdə "Kəpəz” penalti vurmaq imkanı qazansa da, hakimə yaxınlaşan Viktor Oseqeyl özünə qarşı qayda pozuntusunun olmadığını etiraf edərək hakimin qərarını dəyişdirib. Maraqlıdı, onun bu hərəkətini komanda yoldaşları necə qarşılayıb? Azəri eşidək: "Viktora nə fasilədə, nə də ki, oyundan sonra heç nə demədik. Ona iradımız yox idi. Heç baş məşqçimiz də narazılıq etmədi. Hamı Oseqeylin qərarına hörmətlə yanaşdı. Düzdür, 11 metrlikdən istifadə edib qol vursaydıq, nəticə başqa cür də ola bilərdi. Penaltinin reallaşmaması hardasa psixoloji cəhətdən oyunumuza təsir etdi”.
 
"Qarabağ” ilə oyunda Azər Məmmədov uzun müddətdən sonra start heyətində meydana çıxıb. Məğlubiyyətə baxmayaraq dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Məmmədovun oyunu pis alınmayıb: "Oyunum haqda özüm heç nə deyə bilmərəm. Yalnız mütəxəssislər və azarkeşlər buna qiymət verə bilər. Meydanda komanda üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Fikrim bundan sonra da yaxşı çıxış etməkdir. Çoxlu sayda azarkeş qarşısında oynayanda istər-istəməz məsuliyyət daha da artır. Fanatlarımızı məyus etmək istəmirik, bu bizə pis təsir edir. Xəbərim var ki, ətraf şəhər və rayonlardan da gəlib "Kəpəz”i stadiondan izləyənlər var. Elə sonuncu matçda bizim rayondan da gələnlər vardı. Tovuzda oynayanda atam həmişə oyunuma arenadan tamaşa edib, elə Gəncəyə də gəlib mənə dəstək olmağa çalışmışdı”. 

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2025
01:07

İspaniya La Liqası: "El klasiko"nu yenə "Barsa"qazandı, "Atletik"ə 1 qol bəs etdi

00:50

İtaliya A Seriyası: "Napoli" büdrədi, "İnter" faydalandı

00:24

Almaniya Bundesliqası: "Əczaçılar" evdə "arılar"a təslim oldular

00:06

İPL: “Çelsi" səfərdə, MY evdə uduzdu, "Liverpul" "Arsenal" ilə heç-heçə etdi

11 May 2025
23:45

Türkiyə Super Liqası: "Beşiktaş" İstanbulda coşdu

23:04

"Aralarında diqqətimi cəlb edənlər var, amma..." - Qurban Qurbanov

22:41

"Qarabağ" bizdən qat-qat üstün və istəkli idi" - Elmar Baxşıyev

22:34

"Zirə"nin əvəzidicilərindən darmadağın, "Neftçi-2" 90+5-də xilas oldu

22:09

Azərbaycan cüdoçuları Avropa Kubokunu 4 medalla başa vurdular

21:58

MPL: "Kəpəz" "Sumqayıt"ı, çempion "Araz-Naxçıvan"ı yendi

21:53

"Ardıcıl dördüncü qələbə..." - Hans-Diter Flik

21:19

"Unutmayaq ki, beş müdafiəçimiz zədəlidir" - Karlo Ançelotti

20:43

Azər Bağırov "Sumqayıt" üzərində qələbəni belə şərh etdi

20:22

Vaqif Cavadovdan rəhbərliyə sərt mesaj: "O zaman mənim işimə qiymət verin"

20:12

"Barselona" ardıcıl 4-cü dəfə "Real"ı yendi - Geridönüş zəfərə rəng qatdı

19:48

Azərbaycan yığması ikinci matçda böyük hesabla uduzdu

19:08

ABL: "Sabah" "Neftçi"yə qalib gəldi

18:51

Mbappe "Barselona"ya 2 qol vurdu, tarixi rekorda imza atdı

18:26

"Lill"in hücumçusu İtaliya klubuna keçir - Danışıqlar başladı

17:41

Bellingem əməliyyat olunacaq

17:26

Almaniyada elitanı tərk edəcək daha bir komanda bəlli oldu

16:54

Ançelottinin Braziliya millisindəki rekord maaşı da bilindi, irəli sürdüyü şərtlər də

16:11

"Sevilya"nın fanatları bazaya hücum çəkdilər

15:46

Azərbaycan parapauerliftinqçisi Dünya Kubokunda 2 qızıl medal qazandı

15:27

"İnter" 2 futbolçusu ilə vidalaşır - ADLAR

14:50

"Peşəkar inkişafıma ən çox kömək edən..." - Lionel Messi açıqladı

14:13

Emil oynadı, komandası səfərdə qazandı

13:44

Vüsaldan assist, komandası pley-offda, Coşqun isə...

13:24

Azərbaycan karateçilərindən dünya çempionatında 4 medal

12:55

"Qarabağ" 10 pillə irəlilədi, "Sabah" 26

12:21

"Barselona" zədəli oyunçularının sıraya döndüyünü açıqladı

11:59

Sörlotun etdiyini indiyədək bacaran olmamışdı - Tarixi rekord

11:26

"Bayern Münhen" Almaniya yığmasının üzvü ilə danışıqlara başladı

10:57

"Real" Fransa millisinin futbolçusunu alır - SON DURUM

10:22

ABL: Bu gün final seriyasında 5-ci oyun keçiriləcək

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

02:24

Liqa 1: PSJ 3 xalı 4 qolla qazandı

10 May 2025
23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

Facebookdan bizi izləməyi unutmayın.
X