AFFA hakimlikdən kənarlaşdırılmış Anar Salmanova vəzifə verib. Fanat.Az-a verilən məlumata görə, sabiq FIFA referisi "Məhəllə Futbolu" layihəsində (MFL) işlə təmin edilib.
Məlumatı verən mənbə bildirir ki, Anar Salmanov layihə çərçivəsində keçirilən oyunları idarə edən hakimlərin işinə nəzarət edir. Hətta AFFA tərəfindən ona aylıq 1200 manat maaş ödənilir.
Qeyd edək ki, Anar Salmanovun ömürlük futboldan kənarlaşdırılması barədə qərarı AFFA prezidenti Rövnəq Abdullayev vermişdi. İndi isə federasiyanın baş katibi Elxan Məmmədov onu vəzifəyə təyin edib.
Fanat.Az