19:02 08.11.2017 1604

Prezident yığma komandanı qəbul etdi - FOTOLAR

Azərbaycan prezidenti İlham Əliyev şahmat üzrə Avropa komanda çempionatının qaliblərindən ibarət nümayəndə heyətini qəbul edib.
 
Fanat.Az-ın məlumatına görə, dövlət başçısı qeyd edib ki, Azərbaycan növbəti böyük uğura imza atıb: "Bu dəfə idmanın şahmat növündə, intellektual idman növündə qazanılmış qələbə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan komandası Avropa çempionatında birinci yer tutub və çempion olub. Bu möhtəşəm qələbə münasibətilə şahmatçıları, məşqçiləri, federasiyanı ürəkdən təbrik edirəm. Bu, bütün Azərbaycan xalqını sevindirən qələbədir. Şadam ki, bu, artıq birinci qələbə deyil, bu, üçüncü qələbədir. Yəni, üç dəfə Azərbaycan şahmatçıları Avropada birinci yeri tutublar. Bu, onu göstərir ki, budəfəki qələbə də təsadüfi qələbə deyil, bu, təbii qələbədir. Bu qələbə Azərbaycan xalqının istedadına, intellektinə əsaslanan qələbədir. Gərgin mübarizədə bizim şahmatçılarımız Azərbaycan xalqının intellektual potensialını bütün Avropaya və eyni zamanda, dünyaya bir daha nümayiş etdirdilər. Mən sizi dəvət etdim ki, bu qələbə münasibətilə sizi şəxsən təbrik edim. Bilirəm ki, siz bu gecə Bakıya böyük qələbə ilə, kuboklarla qayıtmısınız və bütün Azərbaycan xalqını sevindirmisiniz”.
 
İ. Əliyev vurğulayıb ki, şahmatın Azərbaycanda inkişafı çox sürətlə gedir. "Bilirsiniz ki, bölgələrdə müasir şahmat məktəbləri, şahmat evləri yaradılır. Biz vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ənənəni bərpa etmişik. O vaxt – 1970-1980-ci illərdə demək olar ki, bütün bölgələrimizdə müasir şahmat məktəbləri açılıb. Əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində onların bir çoxu bağlanmış, yaxud da ki, təyinatı dəyişdirilib, özəlləşdirməyə açılıb. İndi onların bir çoxunda digər obyektlər yerləşir. Biz isə bütün bölgələrdə yeni şahmat evlərinin, məktəblərinin tikintisi ilə bağlı çox ardıcıl iş aparırıq. Bölgələrdə yerləşən şahmat evlərinin bir çoxunun açılışında mən şəxsən iştirak etmişəm. Əlbəttə ki, Bakıda böyük şahmat mərkəzinin yaradılması gündəlikdə duran vacib məsələlərdən biridir. Əminəm ki, biz yaxın gələcəkdə bunu da edəcəyik. Eyni zamanda, Azərbaycanda beynəlxalq yarışlar mütəmadi qaydada keçirilir. Vüqar Həşimovun adını daşıyan beynəlxalq turnir artıq dünya miqyasında çox mötəbər bir yarış kimi qiymətləndirilir. Əlbəttə ki, dünyanın aparıcı şahmatçılarının bu turnirdə iştirakı bunun səviyyəsini göstərir. Biz hamımızın iştirak etdiyimiz Ümumdünya Şahmat Olimpiadasını da xatırlayırıq. Bu da çox möhtəşəm idman yarışı idi. Demək olar, Yay Olimpiya Oyunlarından sonra ölkələrin sayına görə bəlkə də ikinci bir tədbir idi ki, yüksək səviyyədə keçirilmişdir. Azərbaycanda belə bir tədbirin keçirilməsi əlbəttə ki, bizim şahmat sahəsində əldə etdiyimiz uğurların təzahürüdür. Bu dəfə isə Azərbaycan komandası bir daha bizi sevindirdi. Komandamızın iştirakçıları, onların hamısı gənclərdir, gənc nəsildir, müstəqillik dövründə yetişmiş şahmatçılardır. Bu qələbə doğrudan da həm müstəqilliyimizin uğurlu inkişafını və həm də ölkəmizin intellektual səviyyəsini göstərir. Azərbaycan Olimpiya Oyunlarında, Avropa və İslam Həmrəyliyi Oyunlarında artıq dünyada sübut edib ki, böyük idman dövlətidir. Biz Bakıda keçirilmiş Avropa Oyunlarında ikinci, İslam Həmrəyliyi Oyunlarında isə birinci yerə layiq görüldük. Yay Olimpiya Oyunlarında isə medalların sayına görə biz dünya miqyasında 14-cü yerdəyik. Bu, tarixi nailiyyətdir, tarixi qələbədir. Bu qələbə - şahmat sahəsində əldə edilmiş qələbə onu göstərir ki, xalqımızın, eyni zamanda, çox güclü intellektual potensialı var. Bu, əlbəttə ki, ölkəmizi və xalqımızı fərqləndirən amillərdən biridir. Həm döyüş idman növlərində, eyni zamanda, komanda idman növlərində də uğurlarımız var. İntellektual idman növündə - şahmatda bu qələbə doğrudan da bizim hamımızı çox sevindirir”.
 
Xarici mətbuatı izlədiyini deyən dövlət başçısı qeyd edib ki, bu qələbə xarici mətbuatda çox geniş işıqlandırılıb. "Avropa qitəsində şahmat sahəsində birinci olmaq, özü də üçüncü dəfə birinci olmaq doğrudan da böyük tarixi qələbədir. Mən sizi dəvət etdim ki, şəxsən sizi təbrik edim. Əvvəlki illərdə bizim görüşlərimiz çox olub. Siz bu binada dəfələrlə olmusunuz. Sizin Ulu Öndərlə şəkliniz bütün bölgələrdə şahmat evlərinin divarında asılıb və bu, gənc uşaqlar üçün də bir nümunədir. Mən də bölgələrdə o şahmat məktəblərinin açılışında uşaqlarla görüş əsnasında həmişə deyirəm ki, siz də bizim tanınmış şahmatçılar kimi olmalısınız, dünya miqyasında qələbə qazanmalısınız, xalqımızı sevindirməlisiniz və Azərbaycanı təbliğ etməlisiniz. Sizin indiki qələbəniz də əminəm ki, şahmatın Azərbaycanda populyarlaşmasında öz müsbət rolunu oynayacaq, şahmat bölmələrinə axın daha da güclənəcək. Bu, sizin ümumi qələbənizdir. Sizi təbrik edirəm, sizə yeni uğurlar və qələbələr arzulayıram”.

Fanat.Az
 








Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

Facebookdan bizi izləməyi unutmayın.
X