Mövsümün əvvəlində 222 milyon avro ödəyərək Neymarı heyətinə qatan PSJ "Barselona"ya daha bir zərbə vurub.
Fanat.Az xəbər verir ki, Paris klubu bu dəfə Kataloniya təmsilçisindən futbolçu yox, texniki işçi transfer edib.
Belə ki, "Barselona"nın digital (rəqəmsal) direktoru Russel Stopford PSJ-yə keçib. O, bu barədə sosial media hesabında məlumat yayıb.
.
Qeyd edək ki, 2016-cı ilin yayından "Barselona"da çalışan Russel Stopford 2011-2014-cü illərdə "Mançester Siti"də eyni vəzifəni tutub.
Fanat.Az