Türkiyədə keçirilən "Limra Cup” turnirinə yekun vurulub. Fanat.Az saytının məlumatına görə, "Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası yarışın son günündə "Beşiktaş”la qarşılaşıb.
Bu görüşədək hərəyə 5 qələbə qazanan rəqiblərin oyunu gərgin alınıb. 1:0 hesablı zəfərə sevinən meydan sahibləri turnirin qalibi adını qazanıb. 7 komandanın dairəvi sistemlə mübarizə apardığı yarışda keçirdiyi 6 matçda 15 xal toplayan "Qəbələ” 2-ci yeri tutub. 3-cü pilləyə isə Azərbaycanın digər komandası "Təhsil” yiyələnib.
Komandamızın futbolçusu Ziya Şəkərxanov turnirin ən yaxşı yarımmüdafiəçisi adına layiq görülüb.
Xatırladaq ki, Rüstəm Məmmədovun yetirmələri Türkiyə turnirinin son turunadək yerli klublardan "Manavqatspor”u 10:0, "BD Spor”u 4:0, "Kəmər Kartalları”nı 6:0, həmçinin "Təhsil” və Rusiya "Lokomotiv”ini eyni – 1:0 hesabı ilə məğlub edib.
Mənbə: gabalafc.az