15:38 09.11.2017 1709

"Kəpəz" düyünü"nün növbəti halqası: Diniyev ittihamlara cavab verdi

"Kəpəz” ətrafında yaranan "yeyinti qalmaqalı” və bunun məntiqi nəticəsi olaraq klubun Müşahidə Şurasında yer alan Mikayıl Nərimanoğlunun tutduğu vəzifədən kənarlaşdırılması proseslərdə son nöqtə olmadı. Gəncə təmsilçisinin baş mühasibi Mənsurə Məmmədova "Futbol+” qəzetinə verdiyi müsahibədə hesabatlarda rəqəmlərin fərqli göstərilməsini bildirib. Bununla bağlı o, AFFA-da olaraq, Elxan Məmmədovla görüşüb və baş katibə məhz özünün Nərimanoğlunu məsul posta təyin etdiyini xatirladıb. Mühasib eyni zamanda bütün maliyyə məsələlərinə görə məsul şəxsin də Mikayıl bəyin təyin edildiyini söyləyib.

Mənsurə xanım Şahin Diniyevin məvacibi məsələsinə də toxunub. O, mütəxəssin bank kartına hər ay 10500 manat yatırıldığını söyləyib. Amma Diniyev futbolpress.az saytına verdiyi müsahibədə aylıq məvacibinin 7000 manat təşkil etdiyini bildirib. Maraqlıdı ki, daha öncə "Futbol+” mütəxəssisin kartına 10500 manat yatırıldığını, lakin bu pulların 3500 manatının Mikayıl Nərimanoğluya çatdığı iddiası ilə çıxış etmişdi. İndi də mühasib dilə gələrək, həqiqətən də ayda 10500 manatın Diniyevin kartına köçürüldüyünü bildirib. Doğrudanmı, ortadakı 3500 manat Mikayıl bəyə çatırmış? AFFA rəhbərliyinin bu məsələdən xəbəri var idimi? 

Fanat.Az xəbər verir ki, sport24.az saytına verdiyi müsahibədə Şahin Diniyev bir çox mətləblərə aydınlıq gətirib.

- Mənsurə Məmmədova verdiyi müsahibədə kartınıza ayda 10500 manat yatırıldığını bildirib. Siz isə aylıq məvacibinizin 7000 olduğunu iddia etmisiniz. Ortadakı fərq hansı istiqamətə yönəldilirdi?
- Əslində 10500 deyil, 9500-dü. Cəmi bir dəfə 10500 manat pul köçürülüb. O da "Qəbələ” üzərində qələbəyə görə aldığımız mükafatla bağlıdı. Mənə 500 manat mükafat verildi, klubdan bir nəfərin də kartının olmaması səbəbindən eyni məbləğdə vəsait mənə köçürüldü ki, pulu çıxarıb sahibinə çatdırdım.

- Olsun 9500 manat. Ortada 2500 manat qalır axı, Şahin müəllim...
- Klubun bir sıra nəğd yolla ödənilən xərcləri var idi. Mən maliyyəçi deyiləm. Ancaq əlavə xərclərin hansı istiqamətə yönəldiyini deyə bilərəm. Ayda ən azı 12 dəfə ADBTİA-nın stadionunda məşq keçirdik. Hər məşqə görə bizə ciddi güzəştə gedilirdi və 150 manatdan ödəniş edirdik. Bundan əlavə zədəli futbolçuların müalicəsi üçün xərclər var idi. Hər oyun üçün alınan tibbi ləvazimat, habelə yemək, oteldə qalmaq və səfər xərcləri üçün nəğd pula ehtiyac var idi. Bütün bunlara görə, hesabıma 7000 deyil, 9,5 min manat köçürülürdü. Məvacibim isə əvvəlcədən dediyim kimi, 7000 manat təşkil edirdi.

- Ancaq sadaladığınız məsrəfləri bağlamaq üçün 2500 manat yetərli deyil. Belə çıxır ki, "Kəpəz”in digər rəsmilərinin hesabına da əlavə pullar köçürülürdü?
- Sizinlə razıyam ki, aylıq nəğd ödənişlərimiz 2500 manatdan çox idi. Dəqiq hesablama apara bilməsəm də, gözəyarı da görünür ki, daha böyük vəsaitə ehtiyac duyulub. Ancaq kimin kartına nə qədər pul köçməsi ilə maraqlanmadığım üçün bu cür əməliyyatın digər klub nümayəndələri ilə də həyata keçirilib-keçirilməməsini deyə bilmərəm.

- Şahin müəllim, maraqlıdı, bəs, bağladığınız müqavilədə hansı rəqəm göstərilib: 7000, 9500, yoxsa 10500?
- Müqaviləmdəki məbləğ 7000 manat göstərilib. Birmənalı şəkildə bildirirəm ki, Mikayıl Nərimanoğluya "otkat” verməyim haqda yazılanlar həqiqəti əks etdirmir. Yuxarıda da qeyd etdim ki, kartıma köçürülən artıq pul hansı istiqamət üçün xərclənilirdi.

- Klub büdcəsinin smetası tutularkən, təbii ki, məşq üçün meydança, tibbi ləvazimat, gündəlik tələbat, yol, yemək, otel xərcləri də hesablanır. Bəlkə smetada bütün bunlar nəzərə alınıb, lakin eyni istiqamətə ikinci dəfə məsrəflər hesablanıb?
- Bunu bilə bilmərəm axı. Mən məşqçiyəm, işim komandanı hazırlamaqdı. Smetada nələr göstərilib, eyni istiqamətə ikinci dəfə xərclənməsi haqda heç bir informasiyaya sahib deyiləm.  
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
20:18

Avropa Liqası: "Sabah" "Sele"yə qalib gəlir - YENİLƏNIR

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

Facebookdan bizi izləməyi unutmayın.
X