"Kəpəz"lə oyundan (2:0) sonra istirahətdə olan "Qarabağ" məşqləri bərpa edəcək.
Fanat.Az Ağdam təmsilçisinin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, komanda bu gündən etibarən Topaz Premyer Liqanın 12-ci turunda qarşılaşacağı "Sumqayıt"la oyunun hazırlıqlarına start verəcək.
Qeyd edək ki, "Qarabağ" - "Şumqayıt" matçı noyabrın 17-i keçiriləcək.
Fanat.Az