Afrika zonası üzrə DÇ-2018-in seçmə mərhələsində 5-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, "Qarabağ”ın hücumçusu Dino Ndlovunun şərəfini qoruduğu yığma - Cənubi Afrika Respublikası millisi də matça çıxıb. Ndlovunun komandası Seneqalı qəbul edib. Oyun meydan sahiblərinin 0:2 hesablı yenilgisiylə yekunlaşıb. Dino sona qədər ehtiyat oyunçular skamyasında əyləşib.
Qeyd edək ki, CAR Seneqal, Burkino Faso və Kape Verdenin yer aldığı D qrupunda sonuncu pillədədi.
Fanat.Az