Avropa zonası üzrə DÇ-2018-in seçmə mərhələsinin daha bir pley-off oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, İtaliya İsveçin qonağı olub. Türk referi Cüneyt Çakırın idarə etdiyi görüşdə Yohansenin 61-ci dəqiqədə vurduğu qol meydan sahiblərinə qələbə gətirib. Şimallılar cavab oyununda üstünlüyünü qorumağı bacarsa, dördqat dünya çempionu olan appeninlilər 60 ildən sonra mundialsız qalacaq.
Fanat.Az