U-21 yığmamız noyabrın 14-də saat 18:00-da Kosovonu qəbul edəcək.
Fanat.Az xəbər verir ki, AVRO-2019-un seçmə mərhələsi çərçivəsində reallaşacaq görüşdə ədaləti qoruyacaq hakimlər briqadası müəyyənləşib. UEFA oyunu estoniyalılara həvalə edib. Referi Romer Tarayevə laynsmanlar - Hannes Reynvald və Neeme Neemlayd yardımçı olacaq. Dördüncü hakim funksiyasını Eyko Saar yerinə yetirəcək.
Fanat.Az