Fasilədən səmərəli şəkildə yararlanmaq istəyən "Qəbələ" dünən "Zirə" ilə yoldaşlıq görüşü keçirib. Bu görüşdə baş məşqçi Roman Qriqorçuk iki futbolçu sınayıb. Onlardan biri Abdulkərim Konte, digəri Kevin Penadı.
Hər iki futbolçu ilə bağlı komandanın rəisi Səbuhi Səfiyarlı sport7.az-a danışıb:
"Kante bir həftədi burdadı, qvineyalıdı. 1999 təvəllüdlüdü, yarımmüdafiəçidi. Qrirorçuk dünənki oyundan sonra fikirlərini bildirdi. Hələ ki, futbolçunun komandada qalıb-qalmayacağı ilə bağlı konkret qərar verilməyib.
Şəxsi fikrimə gəlincə, inamıram bizimlə qalsınlar. Komandanı gücləndirəcək səviyyədə deyillər. Variantlar var, təklif edəndə yoxlanışa dəvət olunur. Başqa yeni futbolçu da var baxışda, hücumçudu. Bu gün "Səbail"lə oynayacağıq. Yəqin ki, hər iki futbolçuya daha çox şans veriləcək. Bilmək olmaz hələ, yenə baxacağıq. Bu görüşdən sonra onların komandadakı taleyinə aydınlıq gələcək".
Fanat.Az