Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada verilmiş fasilədən yararlanan klublar yoxlama oyunlarında qüvvələrini sınayırlar. Fanat.Az xəbər verir ki, "Qəbələ” də fürsətdən istifadə edərək sınaq matçı keçirib.
"Qırmızı-qaralar” digər Premyer Liqa təmsilçisi "Səbail”lə üz-üzə gəlib. Bakı Olimpiya Stadionunun köməkçi meydançasında keçirilmiş oyunda qalib müəyyənləşməyib.
İlk hissənin son dəqiqəsində "Qəbələ”də baxışda olan Kevin Penan komandasını hesabda irəli çıxarıb. Qarşılaşmanın ikinci yarısında "Səbail” Aleksandru Popoviçi ilə hesabda tarazlıq yaradıb.
Matçda başqa qol olmayıb və sınaq matçı bərabərliklə yekunlaşıb.
Fanat.Az