İspaniya Sequndasında XIV turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun şərəfini qoruduğu "Ximnastik” də növbəti matçına çıxıb. Sözügedən komanda "Ovyedo”nu qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Zədəli Eddinin adı iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, 14 oyuna15 xal yığan "Ximnastik" turnir cədvəlinin 18-ci pilləsindədi.
Fanat.Az