DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsinin pley-offunda sonuncu cavab oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, Danimarka İrlandiyanın qonağı olub. Birinci dueldə qolsuz bərabərliyə razılaşan tərəflərin ikinci görüşü bol qollu alınıb. Hesabı irlandlar açsa da, sonradan 5 qol vuran qonaqlar Rusiyaya yollanmağı haqq etdiyini səfər darmadağını ilə isbatlayıb. Bunadək 1986, 1998, 2002 və 2010-cu illərdə DÇ həyəcanı yaşayan şimallılar 5-ci dəfə mundiala qatılacaq.
İrlandiya – Danimarka - 1:5
Qollar: Daffi, 6 - Kristensen, 29, Eriksen, 32, 63, 74, Bendtner, 90 (pen)
Fanat.Az