"Neftçi”nin futbolçusu Elnur Cəfərov baş məşqçi Tərlan Əhmədovun təqdimatına əsasən əvəzedici komandaya göndərilib. Fanat.Az xəbər verir ki, klubun rəsmi saytı bu haqda bəyanat yayıb.
Bildirilir ki, Cəfərov, həmçinin klubun kodeksinə uyğun olaraq cərimə olunub.
Buna səbəb Elnurun U-21 milli komandasının heyətindəki çıxışı və sosial şəbəkələrdəki hərəkəti ilə yığmanın və klubun ictimai nüfuzuna xələl gətirməsidi.
Qeyd edək ki, Elnur Cəfərov "Neftçi”yə bu ilin yayında keçib.
Fanat.Az