"Qalatasaray"ın ulduzu Semih Kayanın "İnter"ə gedəcəyi haqda yayılan xəbərlərə gənc oyunçunun meneceri cavab verdi.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, menecer "Bu an "İnter"dən gələn konkret bir təklif yoxdur. Semih transfer dövründə satılıq deyil, onun gələcəyi hələlik "Qalatasaray"dadır. "İnter" heç bir təklif göndərməyib", deyib.
İdman24.az