Şahin Diniyev Topaz Premyer Liqasının XII turu çərçivəsində baş tutan "Səbail”lə görüşdən sonra "Kəpəz”in baş məşqçisi vəzifəsindən istefa verdi. Vakant yerə Yunis Hüseynov təyin olunacaq.
Təyinatın sabah rəsmiləşcəyi gözlənilir. İnformasiyanı dəqiqləşdirmək üçün Hüseynovla əlaqə saxladıq. Təcürbəli mütəxəssis şəhərdən kənarda olduğunu bildirsə də, saytımıza qısaca açıqlama verməyə imkan tapdı:
"Şahin Diniyevin istefası barədə xəbər almışam. Açığı, bu dəqiqəyədək "Kəpəz”in "sükanı arxası”na keçmək təklifi almamışam. Deyirsinizsə ki, belə olacaq, nə təsdiq, nə də təkzib edə bilərəm. Təklif gəlsə qəbul edərəmmi? Əlbəttə, qəbul edərəm. Düşünürəm ki, hər bir məşqçi iş başında olmaq istəyər. Ancaq indidən "Kəpəz”i düşdüyü vəziyyətdən çıxarmaq üçün hansı addımların atılmalı olduğunu deməyim doğru olmaz. Çünki təyinat rəsmiləşməyib, indidən hansı islahatdan danışım?”
Qeyd edək ki, Diniyevin istefa verməsi və əvəzinə Yunis Hüseynovun gələcəyi bağlı ilk xəbəri futbolpress.az "Kəpəz” – "Qarabağ” matçından sonra yazmışdı.
Mənbə: sport24.az