Türkiyə Super Liqasının XII turunda "Başakşəhər"ə 1:5 hesabı ilə məğlub olan "Qalatasaray" bir çox insanların tənqid obyektinə çevrildi.
Fanat.Az xəbər verir ki, oyundan sonra Türkiyənin məşhur şərhçisi Erman Toroğlu komandanın baş məşqçisi İqor Tudora dediyi sözlərlə gündəmi zəbt etdi.
Toroğlu çıxışında, "Başakşehir"lə oyun iki hücumçu ilə oynanılmayacaq tək matç idi. Ancaq axmaq məşqçi "Başakşehir"ə qarşı iki hücumçu ilə oynayar. Tudor qaşınırdı, Abdulla Avcı bu axşam hər yerini qaşıdı. Qomişin üzünə baxıram, məyusdu. Mövsümün əvvəlindəki kimi deyil. "Qalatasaray"ın futbolçularına baxın, bəziləri məyusdu, Belhanda yeriyərək çıxdı.
Tudor özü bilir, həqiqətən qaşınır. Bu məşqçilərin bir qismində var, amma yetkinləşmiş adamlarda yoxdu. Mustafa Dənizli etsəydi nə olardı? Fatih Terim də edirdi 10 oyundan birində tuturdu. "Başakşehir" Türkiyənin ən təhlükəli komandasıdı. "Beşiktaş"a nisbətən, daha komplektləşmiş formada oynayırlar. "Beşiktaş"ın fərqi azarkeşidi".
Fanat.Az