20:33 19.11.2017 1716

Tərlan Əhmədov: "Onu öldürüb, basdırdıq, getdi"

"Maraqlı oyun alındı. Sürətli, yaxşı keçdi. Təəssüf ki, məğlub olduq. Bu da futbolun bir qanunudur. Komandaya təzə gələndə demişdim ki, məni narahat edən məsələlərdən biri "Neftçi"nin tam hazır olmamasıdır. Həyəcan təbili çalınmışdı ki, hardasa laxlama olacaq. Ardıcıl iki məğlubiyyət göstərir ki, hazırlıq dövrü bizi, ola bilsin, hələ çox məyus etsin. Bugünkü oyuna görə futbolçulara təşəkkür düşür. Səhvlərdən qollar buraxdıq. Rəqibin fərdi keyfiyyətlərinin də təsiri oldu. Yaxşı oyunla məğlub olduq".

Bunu "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov evdə "Qəbələ"yə 2:3 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XII tur matçından sonra mətbuat konfransında deyib. 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:

- Nizami Hacıyev "Neftçi"yə keçəcəyini deyib. Başqa neçə transfer düşünürsünüz?
- Təməldə çox şey var. İlk növbədə, funksional hazırlıq durur ki, bu da yoxdur. Ardıcıl 4 qələbədən sonra düşünürdüm ki, yenə əvvəlki dövrə qayıdacağıq. Çünki komandada psixoloji hazırlıq dönəmi olmamışdı. İkinci hissədə dəyişiklik edəcəyim 2 futbolçu var idi: Mirabdulla Abbasov və Namiq Ələskərovu meydana buraxdım. Limitdə də elə bir oyunçu yox idi. Demirəm ki, mənim komandam olsaydı, daha yaxşı olardı. Ancaq fasilədə hücum xəttinə daha səviyyəli futbolçular dəvət olunmalıdır. "Qəbələ" bu cəhətdən fərqlənirdi. Azərbaycanda belə oyunçu azdır. Onlardan biri də Nizami Hacıyevdir. Deyibsə, deməli, düzdür. Söhbətimiz var, amma tam razılıq əldə olunmayıb. Çünki klubu ilə müqaviləsi var. Komandaya cəlb olunacaq yerli futbolçu yoxdur. Aşağı yaş qrupunda da elə bir oyunçu yoxdur. Problem böyük olaraq qalır.

- "Qəbələ"nin ilk qolundan əvvəl əsəbiləşməyiniz nə ilə bağlı idi?
- İlk qoldan əvvəl top rəqib oyunçudan çıxsa da, künc zərbəsi verildi. Mən hər zaman top olan istiqamətə baxıram. Bunu da açıq-aşkar gördüm. Fasilədə də videotəkrara baxıldı. Bu etiraza da haqqımız var.

- Hesab 2:3 olduqdan sonra Daniel Seqoviyanı oyuna buraxmağınız gözlənilirdi...
- Seqoviya iki həftəyə yaxın zədədən əziyyət çəkib. Son 4 gündə məşqlərə başlayıb. Heç kimin haqqını yeməmişəm, həmçinin Seqoviyanın da. İstərdim ki, iki hücumçu ilə oynayaq. Amma Seqoviya buna hazır deyildi.

- Liderlərə qarşı oyunlarda hesabda önə keçsəniz də, sonda məğlub olursunuz...
- Baxır necə müdafiə olunursan. Çalışıram hücum futboluna üstünlük verim. Futbolun gözəlliyi hücum futboludur. "Zirə” və "Qəbələ”yə 1:2 hesabı ilə uduzduğumuz oyunlarda da çalışdıq hücum futbolu oynayaq. Müdafiəyə çəkildik və qol buraxdıq. Bu, futbolçuların səviyyəsindən irəli gələn məsələdir. Bunu meydanda oyunçular özləri qərarlaşdırırlar ki, necə müdafiə olunsunlar. Bugünkü son qolda da bu hiss olundu. Mənim strategiyamda gözəl oyun və hücum futboludur.

- Elnur Cəfərovla danışmısınız?
- Mətbuatdakı yazılarla onu "öldürüb, basdırmalıyıq". Almaniya ilə görüşdən sonrakı hərəkətinə görə Elnur üzr istədi. İkinci məsələdə isə kimisə debata çağırmasının yalan olduğunu bildirdi. Amma mən onu cəzalandırdım. Milli komanda qürur yeridir. Mən yığmaya görə karyeramı sual altına da atmışam. Milliyə gedib şərəflə formasını geyinməliyik. "Neftçi” SSRİ dönəmində milli komanda olub. Bu klubun 80 illik tarixi var. Klub 1911-ci ildən çıxış edir. Bu, tarixdə var. Amma 1937-ci il göstərilir. Biz həyatda insanı silirik. Elnuru silmək asandır, siləcəyəm gedəcək. Amma sabah gedib başqa yerdə oynayanda insan kimi püxtələşməlidir. Cavan uşaqdır, onu düz yola dəvət etməli, dəstək olmalıyıq. Özündən çox şey asılıdır. Limiti indi yox, mövsümün əvvəlində düşünmək lazım idi. Anton Krivotsyukun alternativi yoxdur. Elnur Cəfərovu öldürüb, basdırdıq, getdi. Fəhmin Muradbəylinin də ağır zədəsi var. Mövsümün əvvəlində bunlar həyata keçməli idi. Əlimizdə olan materialdan istifadə edəcəyik. Qərarı verəndə onun zədəli olub-olmadığını bilmirdim. Demişdim ki, yazın, Elnur cəzalanır. Yanvarda əvəzedici heyətdə baxılacaq. 99 faiz komandadan gedəcək. 1 faiz şansı var, bu da özündən asılıdı. Yeni alternativ futbolçular cəlb olunacaq.

- Onun müalicəsinin ilkin nəticələri nə göstərir?
- Bilmirəm, maraqlanmamışam. Yığmada zədə alıb, oradan maraqlanmalıdırlar. Durumu haqqında çox yazdılar. Şəxsiyyət olaraq çalışacağıq. Amma hər şey özündən asılıdır.

- Komandanın mövsümün əvvəlində tam formalaşmamasının günahı kimdədir: Elxan Abdullayevdə, yoxsa rəhbərlikdə?
- Futbolçuları rəhbərlik yox, məşqçilər yığır. Burada tək günah Elxan Abdullayevdə deyil. Məşqçilər korpusu var. Limit məsələsində olan budur. Vaxtında düzgün strategiya qurulsaydı, bu gün o problemi yaşamazdıq.

- Hüqo Barqas və İqnasio Errera ilə yeni müqavilə imzaladınız. Onları isə əvvəlki baş məşqçi gətirib...
- Onlarla mən müqavilə imzalanmasını istəmişəm. Futbolçunu məşqçilər heyəti götürür. Hamını göndərsəm, yeni komandanın anlaşması üçün nə qədər vaxt tələb olunar. Onlarla və Rəhman Hacıyevlə müqavilə müddətinin uzadılmasını istədim.

- Ehtiyatda qalan futbolçularla qışda yollarınızı ayıracaqsınız?
- Qərarı artıq yazmısınız. Bu məlumatı sizə kimin çatdırdığını bilirəm. Kimin gedəcəyi yanvarın 4-dən sonra bəlli olacaq.("Report")

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

11 phrase_var_core.may 2025
09:53

MPL: "Kəpəz" "Sumqayıt"a,çempion "Araz-Naxçıvan"a qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

02:24

Liqa 1: PSJ 3 xalı 4 qolla qazandı

02:09

İtaliya A Seriyası: "Yuventus" son dəqiqə qolu ilə yıxıldı

01:50

İspaniya La Liqası: "Atletiko" qələbəni darmadağınla qazandı

00:53

Türkiyə Super Liqası: "Qalatasaray" Trabzon səfərindən 3 xalla ayrıldı

00:31

Almaniya Bundesliqası: "Bayern Münhen"dən inamlı qələbə

10 phrase_var_core.may 2025
23:56

İPL: “Mançester Siti” "Sauthempton"la bacarmadı

23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

21:45

"İmişli" klubu bəyanat yaydı

21:23

MPL: "Zirə" də səfərdə sevindi, "Neftçi" də

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

09 phrase_var_core.may 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

phrase_var_core.fb
X