21:35 19.11.2017 1662

Roman Qriqorçuk: \"Planlar kağız üzərində olur\"

"Turun son matç idi. Bizdən öncə əsas rəqiblərimiz həftəni 3 xalla başa vurmuşdular. Buna görə, bu gün qalib gəlməli idik. Oyundan razı qaldım. Əsas odu ki, 3 xal qazandıq. Bizim üçün vacib qələbə idi. Sevinirəm ki, bu gün qələbə qazandıq”. Bu sözləri "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
 
Topaz Premyer Liqasının XII turunun son oyununda səfərdə "Neftçi” ilə qarşılaşan "qırmızı-qaralar” oyundan 3:2 hesablı qalibiyyətlə ayrılıblar.
 
Ukraynalı çalışdırıcı matçdan sonra təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
 
- Uzun boylu müdafiəçilərə sahib olsaz da, standart vəziyyətlərdə qollar buraxırsız. Bunun səbəbi nədi?
- Düzdü, boy cəhətdən hündür oyunçularımız var. Lakin hər şey boydan asılı deyil. "İkinci mərtəbə”də oynamağı bacarmaq lazımdı. Standart vəziyyətlər zamanı çox həyəcan keçiririk. Bunun üzərində işləmək lazımdı.
 
- Hesab 2:2 olan zaman hansı hissləri keçirirdiz?
- Həmin anda nəticə barədə düşünmürdüm. Oyunun sonuna hələ vaxt var idi. Sadəcə, necə qələbə qazana biləcəyimizi düşünürdüm.
 
- Oyunda çox erkən əvəzləmə etdiz. Elvin Məmmədovun yerinə Ruslan Qurbanova şans verdiz. Belə tez əvəzetməyə səbəb nə idi?
- Qola qədər Elvin səhv etdi. Standart vəziyyətdə də həmçinin. Bu cür səhvə yol verməməli olduğunu demişdik. Onun əvəzlənməsi cəzalanması ilə bağlı deyil. Sadəcə, yenidən eyni səhvə yol verməsin istəmədim.
 
- "Neftçi” ilə ilk oyundakı qələbə ilə bu qələbə arasında nə kimi fərq görürsüz?
- Birinci oyundan da öncə demişdim ki, "Neftçi” güclü komandadı və turnir cədvəlində öz yerində deyil. Bu komandanın potensialı var və bunu nümayiş etdirir. Bu gün bunun bir daha şahidi olduq.
 
- Qış fasiləsi ilə bağlı hansı planlarınız var?
- Planlar yalnız kağız üzərində olur. Təəssüf ki, keçən il belə hal olmuşdu ki, planlaşdırdığımız oyunlar sonra baş tutmadı. Ona görə də, əvvəlcədən nə isə demək istəmirəm. Bununla bağlı komandanın meneceri Səbuhi Səfiyarlıya müraciət etməyiniz məsləhətdi.
 
- Keçən mövsüm əsas heyəti daha tez formalaşdırmışdız, bu mövsümdə isə hələ də axtarışdasız...
- Bununla razıyam. Bu il əsas heyətimiz tam formalaşmayıb. Bunun da bir neçə səbəbi var. Məsələn Ozobiçin zədələnməsi kimi. Qış fasiləsindən sonra əsas heyəti formalaşdıra biləcəyik.(apasport.az)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 Yanvar 2025
00:20

İPL: "Liverpul" son dəqiqə qolları ilə sevindi, "Arsenal" evdə büdrədi

18 Yanvar 2025
23:57

"Ginnesin Rekorlar Kitabı"na düşən futbolçu özünü Ronalduya oxşatdı

23:20

"Yuventus" əzəli rəqibinin futbolçusunu almağa çalışır

22:45

Abdulbari Gözəl vəfat etdi

22:36

Türkiyə Super Liqası: "Beşiktaş" evdə xal itirdi

22:19

Cavid Hüseynov "Sumqayıt" üzərində qələbəni dəyərləndirdi

21:55

"Rəqibdə istək daha çox idi" - Vaqif Cavadov

21:33

Ölkə kubokunda yarımfinalçılar müəyyənləşdi

20:58

Klublarımızın qış planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:26

MPL: "Zirə" evdə, "Səbail" səfərdə qələbə qazandı

19:43

“Kəpəz” tacikistanlı futbolçu transfer etdi

19:09

"Oyunçularımın çıxışından razı qaldım" - Rəşad Sadıqov

18:50

Elmar Baxşıyev "Zirə"yə məğlubiyyəti belə şərh etdi

18:12

Alfonso Devis "Real"la "Bayern" arasında seçimini etdi - SON DURUM

17:08

Coşqun oynadı, komandası...

16:37

"Ordu" heyətini gücləndirdi

16:19

Autsayderlərin duelində NTD sevindi

15:39

"Turan Tovuz" braziliyalı müdafiəçi ilə anlaşdı - RƏSMİ

15:10

FCSB-nin baş məşqçisi “Qarabağ”la oyundan danışdı

14:43

Azərbaycan klublarının dünya və Avropadakı mövqeləri bilindi - REYTİNQ

14:19

Premyer Liqanın qoleadoru London nəhənginə keçir

13:51

Üzgüçülük Federasiyasının prezidenti dəyişdi

13:22

PSJ-nin prezidenti Kvaratsxeliyanın keçidi barədə nə dedi?

12:56

U-13 Liqasında köhnə toplarla oynanılır? - AFFA münasibət bildirdi

12:29

"Kəpəz" - "Turan Tovuz" oyununun hakimi dəyişdirildi

11:34

ABL: Autsayderlər üz-üzə, “Neftçi”nin “Naxçıvan” sınağı

11:12

"Qızıl top"un sahibi dünyasını dəyişdi

10:49

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:24

Renat oynadı, "Ankaragücü" səfərdə sevindi

09:58

Ozan Canlı HİK-dən çətin qələbə

09:00

"Barselona" dünyada buna nail olan ilk klubdur

02:31

Liqa 1: "Nitsa" və "Monako" eyni hesabla uduzdular

02:05

La Liqa: "Espanyol"dan qələbə

01:52

Kvaratsxeliya PSJ-də -RƏSMİ

01:47

A Seriyası: "Roma" inamlı zəfərə sevindi

01:32

Almaniya Bundesliqası: "Borussiya" Dortmunda xalsız qayıtdı

17 Yanvar 2025
23:55

"Əl-Hilal" Neymarın adını sifariş ərizəsinə salmadı - "O, artıq alışdığımız səviyyədə çıxış edə bilmir"

23:19

MY "Napoli"nin ilk təklifi ilə razılaşmadı - İtalyanlar qiyməti artıracaq

22:58

Belçika millisindən qovulan Tedesku Ukrayna ilə oyunun nəticəsini proqnozlaşdırıb

22:30

2025-ci ilin açılış oyunu məhsuldar alındı - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.
X