"Kəpəz" daha bir baş məşqçi ilə yollarını ayırıb.
Aut.az-ın əldə etdiyi məlumata görə, əsas komandanın baş məşqçisi Şahin Diniyevdən sonra əvəzedici heyətin çalışdırıcısı Azər Məmmədov istefaya göndərilib. "Kəpəz"in əvəzedici komandası cari mövsümdə cəmi 7 xal qazanıb və turnir cədvəlinin son pilləsində qərarlaşıb.
Qeyd edək ki, Azər Məmmədov futbolçu karyerası ərzində 5 dəfə "Kəpəz"in formasını geyinib. O, 1992-1994, 1995-1996, 1998-1999, 2005 və 2010-2011-ci illərdə Gəncə klubunda çıxış edib.
Fanat.Az