"Qalatasaray"ın gənc istedadlar almasının lazım olduğunu düşünən Fatih Terim gənc axtarışına başladı.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, bu ilki performansı ilə Fatih Terimin diqqətini çəkən "Sivasspor"lu Erman Qılıncla yanaşı "Qalatasaray" 2 gənc oyunçunu daha siyahısına əlavə etdi.
Klub "Bursaspor"da forma geyən 22 yaşlı Şener Özbayraklı və "Bucaspor"da forma geyən 17 yaşlı Taylan Antakyalı üçün danışıqlara başlayacaq.
İdman24.az