"Çelsi"nin futbolçusu Viktor Mozes "Qarabağ"la oyunu buraxacaq. Fanat.Az xəbər verir ki, buna səbəb nigeriyalı yarımmüdafiəçinin zədələnməsi olub.
"Kristal Palas"la Premyer Liqa oyununda zədə alan Mozes tibbi müayinədən keçib. Məlum olub ki, o, "Qarabağ"la oyunda meydana çıxa bilməz.
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu sabah Bakı Oimpiya Stadionunda keçiriləcək və saat 21.00-da başlayacaq.
Fanat.Az