"Hamı oyunun vacibliyini bilir. "Çelsi”nin real gücünü hər kəsə bəllidi. Rəqibə hörmətlə yanaşırıq. Lakin İngiltərədəki ilk matç "Qarabağ”ın real gücünü əks etdirmirdi”. Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ”ın futbolçusu Dino Ndlovu deyib.
"Qarabağ" sabah Çempionlar Liqasının qrup mərhələsinin V turunda İngiltərənin "Çelsi” klubunu qəbul edəcək. Oyundan əvvəl keçirilən mətbuat konfransına qatılan Dino fikirlərini bildirib: "Güclü komandalara qarşı oynayırıq. Təzyiq altında deyilik. Rəqib bizdən daha çox təzyiq altında oynayır. Əlimizdən gələni edəcəyik. Sabah sanki sonuncu oyunumuza çıxacağıq. Üçüncü yeri tutmaq üçün mübarizə aparacağıq. Alınsa yolumuza davam edəcəyik, əks təqdirdə, növbəti mövsüm barədə düşünəcəyik".
Fanat.Az