"Çelsi" ilə oyunda "Qarabağ"a uğurlar. Əsas layiqli oyun sərgiləmək və "Çelsi" ilə ilk oyunun nəticəsinin təsadüfi olduğunu sübuta yetirməkdi”. Bu sözləri Fanat.Az-a açıqlamasında beynəlxalq dərəcəli hakim Tahir Süleymanov deyib.
Təcrübəli futbol adamı "Qarabağ” – "Çelsi” matçı ərəfəsində təmsilçimizdən inamlı oyun gözlədiyini vurğulayıb: "Dünya nəhəngi ilə oyundan azarkeşlərimiz zövq almalıdı. İnanıram ki, belə də olacaq. "Çelsi”ylə görüş həm də Qurban Qurbanovun milliyə gəlişindən sonra Ağdam təmsilçisinin ilk beynəlxalq rəsmi oyunudu. Bu, Qurbanovun məsuliyyətini daha da artırır. İnanıram ki, futbolçular da bunu dərk edir və 90 dəqiqə sona qədər mübarizə aparacaq, döyüşəcəklər. Azərbaycan çempionunun müsbət nəticə qazanmaq şansı var. Amma rəqibin gücü hamımıza bəllidisə, deməli, tələb də reallıqla uzlaşmalıdı. Matç Avropa və dünyada diqqət mərkəzində olacaq. Azərbaycan klub futbolunun nüfuzu qorunmalıdı. "Qarabağ" son oyunları ilə ölkə sərhədlərindən kənarda müsbət imic formalaşdırıb. Təmsilçimiz sərgilədiyi performansla dəstəyə və uğura layiqdi!”
Fanat.Az