"Çox diqqətli olmalıyıq. "Qarabağ” "Atletiko” kimi güclü rəqiblə heç-heçə edib. Həmçinin evdə "Roma”ya qarşı yaxşı təsir bağışladılar. Qalib gəlsək, bu, bizə 1/8 finala vəsiqə qazandıracaq”. Fanat.Az xəbər verir ki, bu sözləri "Çelsi”nin baş məşqçisi Antonio Konte deyib.
"Çelsi" sabah Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində "Qarabağ”ın qonağı olacaq. İtalyan mütəxəssis bu gün Bakıda mətbuat konfransı keçirib: "Qarabağ” yaxşı komandadı. Topa nəzarət etməyi xoşlayır. İşimiz çətin olacaq. İlk oyunda 6:0 hesablı qələbə qazanmağımıza baxmayaraq, futbolçuları sabahkı qarşılaşmaya kökləmək asan olmayacaq. Rəqib "Atletiko” kimi komandadan 2 matçda heç-heçə edib. Hörmət etməli olduğumuz rəqibdi. Rəqibimiz çox yaxşı komandadı. Futbol oynamağı bilirlər. "Qarabağ” qrupda ilk matçını bizə qarşı keçirdiyi üçün bəxtimiz gətirdi".
Konte Eden Hazardın oynamağa hazır olduğunu bildirib: "Hazard zədəli deyil, hazırdır Bizdə zədəli olan oyunçular Mişi Batşuayi, Kenedi Musonda və Viktor Mozesdi".
"Çelsi” nə zaman uduzsa, o vaxt saqqalınızı qırxacağınızı demisiniz? "Qarabağ”a yenilsəniz, saqqalınızı Bakıda kəsəcəksiniz?" sualına italyan mütəxəssis belə cavab verib: "Önəmli olan saqqalım yox, komandamın qələbə qazanıb, növbəti mərhələyə vəsiqə qazanmasıdı. Saqqal saxlamaq çətin məsələdi, ilk dəfədi bunu edirəm".
Fanat.Az