İngiltərə I Liqasında bir ilk yaşanıb.
Fanat.Az xəbər verir ki, "Viqan Atletik" - "Doncaster" oyununda maraqlı hadisə yaşaşıb.
Görüşün 45 və 58-ci dəqiqələrində dubla imza atan Ryan Colclough 60-cı dəqiqədə oyundan çıxaraq xəstəxanaya gedib.
Formasını belə dəyişmədən hamilə həyat yoldaşının yanına gedən futbolçu ikinci dəfə ata olub.
O, mətbuata açıqlamasında "Həm iki qol, həm qələbə, həm də ikinci övladımın doğuşuna çata bildiyim üçün çox xoşbəxtəm. Oğlumla birlikdə het-trik etdim".
Fanat.Az