"Beşiktaş"ın baş məşqçisi Şenol Günəş Bakıya gəlib. Fanat.Az xəbər verir ki, türk mütəxəssis Çempionlar Liqasının "Qarabağ" - "Çelsi" oyununu canlı izləyəcək.
Buna səbəb Bakı Olimpiya Stadionunun dünən gecə saatlarında "ağ-qara” rəngə bürünməsi və "Come to Beşiktaş” yazısı ilə Çempionlar Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanan İstanbul nəhənginə dəstək verməsidi. Şenol Günəş də bu jestə qarşılıq olaraq təşəkkür etmək üçün Bakıya gəlib. O, "Çelsi” ilə qarşılaşmada Azərbaycan çempionuna dəstək olacaq.
Qeyd edək ki, "Qarabağ” – "Çelsi” matçı 21:00-da başlayacaq.
Fanat.Az