2014-cü ildə Braziliyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası 2013-cü il oktyabrın 11-də Şimali İrlandiya, oktyabrın 15-də isə Rusiya yığması ilə qarşılaşacaq. Hər iki oyun Bakı şəhərindəki "Bakcell Arena"da keçiriləcək. Qeyd olunmuş oyunlara hazırlıq məqsədilə Azərbaycan milli komandası oktyabrın 5-dən etibarən Bakı şəhərində təlim-məşq toplanışındadı.
Fanat.az xəbər verir ki, bununla əlaqədar, AFFA rəhbərliyinin Mərkəzi Seçki Komissiyasına müraciəti müsbət cavablandırılıb və Azərbaycan milli komandasının üzvləri 9 oktyabr 2013-cü il tarixində prezident seçkisində Xətai rayonu 36-cı seçki dairəsi, 55 saylı orta məktəbdə yerləşən 9-cu məntəqədə birlikdə səs verəcəklər.